Kafe və restoranlar

Windstop şirkəti müxtəlif növ şüşələnmə sistemləri təklif edir. Kafe və restoranlar, mağazalar və digər növ obyektlər üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzolunmazdır. Öz sahəsində lider olan Windstop sizi ən geniş sistem seçimi ilə təmin edir. Dünyanın aparıcı şüşələnmə sistemləri istehsalçılarının rəsmi distribüteri olaraq, biz ən yaxşı sistemlərə, ən yaxşı qiymətlər təklif edirik. Bütün təklif etdiyimiz sistemlərdən məkanın daxilində istifadə edərək ona genişlik və gözəllik qazandıra bilərsiniz, bayırda istifadə edərək müştərilərinizə təbiətdən zövq almaq, tam istirahət imkanı yarada bilərsiniz. Bakıda ilk olaraq şüşələnmə sistemləri istehsalı Windstop şirkəti tərəfindən həyata keçirilmişdir. Azərbaycan bazarında illər ərzində qazandığımız təcrübədən faydalana bilərsiniz.