ZƏMANƏT ŞƏRTLƏRİ VƏ TÖVSİYYƏLƏR

Bu gün Azərbaycan bazarında bir çox cambalkon “şirkətləri” var. Belə şəraitdə müştərinin aldanması və yanılması qaçılmazdır. Müştərilər bu cür sistemləri almağa qərar verdikləri zaman bir çox nüansı diqqətə almalıdırlar, məsələn, şirkətin bazardakı fəaliyyət müddətinə, zəmanət şərtlərinə, istifadə etdikləri xammalın keyfiyyətinə və haradan əldə etdiklərinə və digər xırda görünən detallara hansıki, gələcəkdə əməkdaşlıq etməyə başladıqları zaman müştəriyə böyük problemlər törədə bilər. Mövzu ilə üst-üstə düşməsə də, xırda bir misal gətirək, maşın almağa qərar vermiş biri ya Sovet istehsalı ya da xarici istehsal olan maşın alır. Hansı daha az xərc aparır və ya hansı ilə uzun müddət yol yoldaşlığı etmək olar qərarını siz verin. Sistemlərimiz adi qapı pəncərədən fərqli olaraq işlək mexanizmlərdir. Bu səbəbdən aldığınız zaman diqqətli olun və haradan aldığınıza əhəmiyyət verin.

 

 Yuxarıda da qeyd etdiyimiz kimi açılıb-bağlanan sistemlərimiz işlək mexanizmlər olduğu üçün baxıma ehtiyacı var. Yəni arabir  təmizliyinə diqqət etmək, sazlamaq lazım gəlir.

-         cambalkon sistemlərinin ya tam bağlı, ya tam açıq saxlanılması məsləhətdir;

-         sürməli sistemin dəlikləri mütləq təmiz saxlanılmalıdır;

-         tavan sistemləri uzun müddət istifadə olunmadığı təqdirdə üstü təmizlənməlidir.

Sizin rahatlığınız və təhlükəsizliyiniz bizim üçün vacibdir.

Bir neçə gün əvvəl bir müştəri cambalkon sistemləri ilə maraqlandı, qiymətlər barədə danışanda mənə söylədi ki, bizə başqa yerdə daha ucuz deyiblər və mən fərqi izah etməyə macal tapmamış özü danışmağa başladı ki, üst mərtəbəmizdə bacım yaşayır və 1 neçə ay əvvəl balkonuna cambalkon quraşdırıblar. Ancaq çox pis işləyir açıb -bağlamaq olmur, layları yerindən çıxır və bir sıra şikayətlərini sıralamağa başladı bəlkə o sistemidə təmir edəsiniz. Söylədim ki, həmin şirkətə müraciət edin çünki satdığımız sistemlər fərqlidi və bu səbəbdən biz təmir edə bilməyəcəyik , cavab verdi ki, dərd orasındadır onları tapa bilmirik. Digər köhnə bir müştərimiz söylədi ki, onun qonşuluğunda olan cambalkonu külək uçurdub. Əziz müştərilərimiz qiymət fərqi bundan yaranır : keyfiyyətli məhsul və ustaca montaj. deyə bilərsiniz ki, bəlkə siz keyfiyyətsiz məhsulu bizə nisbətən baha quraşdıracaqsız və bizim başımız çıxmayacaq hardan bilək(bu cümlə ilə qarşılaşdığım üçün paylaşıram). Artıq 10 ildir bazarda olan və öz məhsulunu bazara daxil etməmiş dəfələrlə sınaqdan keçirən WINDSTOP şirkəti müştəri məmnuniyyətini və nüfuzunu hər şeydən üstün tutur. Onu da qeyd edim ki, havaların soyuması ilə bağlı bir neçə gün əvvəl illər ərzində(yəni 2007 - dən bu yana) evlərində və obyektlərində sistemlərimizi quraşdırdığımız müştərimizə sms göndərərək sazlamaya və ya prafilaktik baxışa ehtiyac olub-olmamasını soruşduq , qürurla və vicdan rahatlığı ilə deyə bilərəm ki cəmi 4 nəfərə təmir lazım oldu. Yəni dəyərli müştərilərimiz bazarda olan ucuz və nə məhsul satdıqları bəlli olmayan insanlarla güvənməyin və ucuz qiymətə aldanmayın. Bizimlə çalışın yada çalışmayın ancaq bu sistemləri quraşdırarkın diqqətli olun(25/10/2015)