silikon cəbhə

Silikon cəbhə növləri iki cür olur: kaset və kasetsiz.Tətbiq oluna biləcək şüşə həm şəffaf, həm də istədiyiniz rəngdə və tərkibdə ola bilər. Bir çox hallarda zərbəyə davamlı temperli şüşələr tətbiq olunur.
Tətbiq oluna biləcək sistemlər: həm Türkiyə istehsalçıları (Asaş, Kürtoğlu, Akpa və digərləri), Avropa istehsalçıları (Şuko, Reynaers, ALUK). İstehsalçı bölgədən asılı olaraq sistemlər bir-birindən standartlara görə seçilir. Hər sistemin tətbiq olunması parametrləri, tərkibinə, aksessuarlarına, emalına, möhkəmliyinə, ət qalınlığına və tətbiq olunduğu yerə görə düzgün hesablanmalıdır. Bakının küləkli şəraitində, həmçinin dənizkənarı və ya dağüstü yerləşmələrdə bunu nəzərdən qaçırmaq olmaz. Azərbaycanın dağlıq və şimal rayonlarında isə istiliyə qənaət olunma məsələləri nəzərə alınmalıdır. Bu zaman nəinki tətbiq olunan profillər, həm də, istifadə oluna biləcək şüşələr də xüsusi tərkibli ola bilər.