monet sistem

Spayder sistemləri adını öz hörümçəkvari görüntülü aksessuarlarına görə qazanıb. “Monet sistemi” deyildikdə isə şüşənin üzərində görünən pulları nəzərə alınır. Bu cür sistemlər fasad və istənilən daxili və ya xarici məkanları böyük həm təkqat, həm də ikiqat şüşələrlə profil görünmədən şüşələmək imkanı yaradır.
İstifadə olunan dəmir bağlantılar paslanmaz olur. Paslanmazlar həm parıltılı, həm də mat ola bilər. İstifadə etdiyimiz paslanmazlar yalnız Türkiyə istehsalıdır. İstənilən dizayn üçün özəl aksessuarlar da istehsal olunub, tətbiq oluna bilər.
Tam şüşə görüntüsünü əldə etmək üçün metalı əvəz edə bilən şüşə kolonlar (cam kolonlar) tətbiq edilə bilər. Bu zaman cam kolonlar müxtəlif ölçülü temperli və laminə şüşələrdən yığılır.